Bank Of Baku

Macarıstanda keçirilən Türkdilli dövlətlərin birgə tədbirində Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı ilə təmsil olunub

Macarıstanda keçirilən Türkdilli dövlətlərin birgə tədbirində Azərbaycan  Qədim Musiqi Alətləri Ansamblı ilə təmsil olunub
# 16 avqust 2010 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Macarıstanın Buqats bölgəsində Kişqunşaq milli parkında Türkdilli dövlətlərin birgə tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və Böyük Qurultayın keçirilməsi çərçivəsində Azərbaycan mədəniyyətinin təbliği də baş tutub. Bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının 14 nəfərdən ibarət nümayəndə heyəti Budapeşt şəhərində olub. Tədbirin təşkilində əsas məqsəd türkdilli ölkələrin bir araya toplanması, tayfa yığıncağının keçirilməsi və onların milli mədəniyyətinin nümayişi olub. Qurultay sayca III dəfə keçirilir. İlk dəfə belə bir tədbir 2007-ci ildə Qazaxıstanda, 2008-ci ildə Macarıstanda keçirilib. Tədbirdə, həmçinin YUNESKO-nun Azərbaycan üzrə milli komissiyanın I katibi G. Əfəndiyeva iştirak edib.
Azərbaycandan əlavə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Uyğuristan, Monqolustan, Başqırdıstan, Tatarıstan, Yakutiya (Saxa) və digər ölkələrdən nümayəndə heyətləri də tədbirə qatılıblar. Azərbaycanı təmsil edən Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış edib. Qurultayda ümumilikdə 170 minədək tamaşaçı iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR