Bank Of Baku

Heydər Əliyev Sarayı Avropadan böyük ölçülü LED ekran alıb

Heydər Əliyev Sarayı Avropadan böyük ölçülü LED ekran alıb
# 16 avqust 2010 10:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Heydər Əliyev Sarayı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda analoqu olmayan yeni LED ekran alıb. Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, LED ekranın ölçüsü 50 kvadratmetrdir və keyfiyyətinə görə çox üstündür. Avropadan xüsusi sifarişlə gətirilən yeni ekran tamaşaçıların rahatlığı üçün alınıb. Bu vaxta kimi Avropa kanallarında izlədiyimiz böyük ölçülü LED ekranı bundan sonra Heydər Əliyev Sarayında da izləmək mümkün olacaq. LED ekrandan ilk dəfə olaraq sentyabrın 8-də konsert salonunda keçiriləcək mövsümün ilk tədbirində istifadə olunacaq. Həmin gün Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Ramazan bayramına və mövsümün açılışına həsr olunmuş “Bakının payız günləri” konserti keçiriləcək. Konsertdə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı heyəti, İlqar Muradov, Tünzalə Ağayeva, “Rast” qrupu, Ayaz Qasımov, Məryəm Şabanova, “Dəyirman” qrupu, Babək Niftəliyev və başqaları çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR