Bank Of Baku

“Nizami” kinoteatrında yenidənqurma işləri Novruz bayramına kimi yekunlaşacaq

“Nizami” kinoteatrında yenidənqurma işləri Novruz bayramına kimi yekunlaşacaq
# 16 avqust 2010 15:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmir məsələsinə “Nizami” kinoteatrının yenidən qurulması başa çatdıqdan sonra baxılacaq. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazirin sözlərinə görə, kinostudiyanın təmiri ilə bağlı məsələ növbəti mərhələdə nəzərdən keçiriləcək. “Nizami” kinoteatrının yenidənqurma işlərinin isə Novruz bayramına kimi bitməsi nəzərdə tutulur. Ə. Qarayev qeyd edib ki, yeni tikilən və təhvil verilən Dövlət Film Fondu üçün ilin sonuna kimi yeni laboratoriya avadanlığı alınacaq: “Bu da bizə imkan verəcək ki, qədim lentlərdə olan filmləri yeni səviyyəyə qaldıraq, hamısını bərpa edək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR