Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında islahatların aparılması üçün Mədəniyyət və Turizm Nazirliyi nəzdində xüsusi komissiya yaradılıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında islahatların aparılması üçün Mədəniyyət və Turizm Nazirliyi nəzdində xüsusi komissiya yaradılıb
# 16 avqust 2010 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əsaslı təmirdən sonra bu mövsüm istifadəyə verilməsi nəzərdə tutulan Azərbaycan Dövlət Akademik Dövlət Dram Teatrında islahatların aparılması üçün Mədəniyyət və Turizm Nazirliyi nəzdində xüsusi komissiya yaradılıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, əsaslı təmirdən sonra bu teatrda köhnə ab-havanın və mühitin davam etməsinə icazə verilməyəcək: “Biz istəməzdik ki, yeni bərpadan çıxmış teatra köhnə ab-hava, mühit daxil olsun. İslahatlardan sonra yeni yaradılacaq teatr kollektivi yeni əsərlər hazırlayacaq. Biz teatr məktəbimizin zəngin nailiyyətləri əsasında artıq yeni bir mərhələyə qədəm qoymağa hazırlaşırıq.
Artıq teatrda aparılacaq islahatlarla bağlı nazirlik tərəfindən xüsusi komissiya yaradılıb. Bu komissiya islahatların həyata keçirilməsinə nəzarət edəcək”.

Ə. Qarayev onu da əlavə edib ki, islahatlar çərçivəsində tətbiq olunacaq yeniliklər Azərbaycanın bütün teatrlarına şamil olunacaq və buna təəccüblənmək lazım deyil: “Bu proses gedir, bu prosesdə udanlar da, uduzanlar da var. Akademik Milli Dram Teatrının baş rejissoru məsələsinə gəldikdə, bu məsələyə də islahatlar zamanı baxılacaq. Yüksək səviyyəli tamaşaların hazırlanması üçün müxtəlif ölkələrdən mütəxəssislər, eyni zamanda yerli rejissorlar teatra cəlb olunacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR