Bank Of Baku

“Mədəniyyətlərarası dialoq” mövzusunda Azərbaycanda keçiriləcək sammitə hazırlıq YUNESKO-da müzakirə olunacaq

“Mədəniyyətlərarası dialoq” mövzusunda Azərbaycanda keçiriləcək sammitə hazırlıq YUNESKO-da müzakirə olunacaq
# 16 avqust 2010 15:53 (UTC +04:00)
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev toplantıya hazırlıq işlərinə başlandığını qeyd edib: “Hazırlıq işləri təkcə Azərbaycanda həyata keçirilmir. Bununla əlaqədar sentyabrın 13-də Parisdə YUNESKO-nun baş qərargahında da iclas keçiriləcək, orada da müzakirələr aparılacaq. Bununla əlaqədar artıq Təşkilat Komitəsi də formalaşıb”.

Ə. Qarayev bildirib ki, Azərbaycanda keçiriləcək sammitin təşkilatçıları arasında Avropa Şurası, YUNESKO, İSESKO, eləcə də BMT-nin Sivilizasiyalararası Alyansı da var: “Bu tədbirə bir neçə ölkə prezidentinin qatılması nəzərdə tutulur. Onların bu tədbirdə iştirakı mədəniyyətlərarası dialoqa xüsusi önəm verə bilər. Bu işi ölkə başçısının şəxsən iştirakı və təşəbbüsü ilə həyata keçiririk. Bu, çox böyük və məsuliyyətli bir işdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR