Bank Of Baku

Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsinin noyabrda Azərbaycanda keçiriləcəyi dəqiqləşib

Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsinin noyabrda Azərbaycanda keçiriləcəyi dəqiqləşib
# 17 avqust 2010 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 11-dən dekabrın 10-dək Bakı və Sumqayıt şəhərlərində I Milli Teatr Festivalının 3-cü mərhələsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu mərhələdə Azərbaycanın 10 teatrı iştirak edəcək. Teatr kollektivlərinin ifasında müxtəlif teatr səhnələrində tamaşalar nümayiş etdiriləcək.

Xatırladaq ki, Milli Teatr Festivalının I mərhələsində 6 teatr, II mərhələsində isə 11 teatr iştirak edib.

Nazirlikdən o da bildirilib ki, Moskvada ənənəvi olaraq keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsinin Azərbaycanda keçiriləcəyi dəqiqləşib. Festivalın qeyd olunan mərhələsi noyabrın ortalarından sonlarınadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR