Bank Of Baku

Azərbaycanın gənc musiqiçiləri Cənubi Koreyada konsert proqramı ilə çıxış ediblər

Azərbaycanın gənc musiqiçiləri Cənubi Koreyada konsert  proqramı ilə çıxış ediblər
# 18 avqust 2010 08:00 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Koreya Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə bu ölkədəki “İpək yolu” fondu (Silkroad Foundation) tərəfindən seçim vasitəsilə təşkil edilmiş İpək yolu ölkələrinin əlil və aztəminatlı uşaqlarından ibarət orkestrin tərkibində dörd nəfər gənc azərbaycanlı musiqiçi - Bakı Musiqi Akademiyasının tələbələri Kamran Mirzəyev, Kamran Sərkərov, Nərgiz Əliyeva və Kənan Mayılov avqustun 3-dən 18-nə qədər Koreyada olublar. Səfirlikdən APA-ya verilən məlumata görə, səfər zamanı Azərbaycan təmsilçiləri digər İpək yolu ölkələrinin (Koreya, Rusiya, Qazaxıstan, Özbəkistan) musiqiçiləri ilə birlikdə məşqlərdə olub və üç müxtəlif mədəniyyət mərkəzində klassik musiqidən ibarət konsert proqramları ilə çıxış ediblər.

Konsertlərdən sonuncusu avqustun 17-də Seul şəhərinin ən böyük mədəniyyət mərkəzi olan “Sejong Art Center”də keçirilib. Konsertə geniş tamaşaçı kütləsi ilə yanaşı, Koreya xarici işlər və ticarət nazirinin müavini Ço Hyun, “İpək yolu” Fondunun prezidenti Kanq Deok Su, Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin əməkdaşları, eləcə də Seuldakı digər diplomatik missiyaların nümayəndələri qatılıblar.

Azərbaycan musiqiçilərinin çıxışları koreyalı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR