Bank Of Baku

Niyazinin 98 illiyi qeyd ediləcək

Niyazinin 98 illiyi qeyd ediləcək
# 18 avqust 2010 12:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin anadan olmasının 98 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, tədbirlər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin mənzil-muzeyində təşkil olunacaq. Bu il muzey yalnız rəsmi tədbir keçirməklə kifayətlənməyərək ilk dəfə olaraq bəstəkarı Niyazi olan kinofilmlərin gün ərzində fasiləsiz nümayişini təşkil etmək fikrindədir. Bu məqsədlə Dövlət Film Fondunun köməyi ilə bəstəkarı Niyazi olan 5 kinofilmin diskləri əldə olunub.

Tərtib olunmuş proqrama əsasən 2010-cu il avqustun 20-də səhər Fəxri Xiyabanda Niyazinin məzarı ziyarət ediləcək. Sonra maestronun mənzil-muzeyində “Kəndlilər“, “Fətəli xan”, “Doğma xalqımıza”, “Almaz” filmləri və “Maestro” sənədli filmi nümayiş olunacaq. Təntənəli tədbirdən sonra arzulayanlar üçün yenə də bəstəkarı Niyazi olan “Mahnı belə yaranır” filmi nümayiş olunacaq, muzeyə müxtəlif mənbələrdən yeni daxil olmuş materiallardan ibarət sərgi təşkil ediləcək. Sərgidə Niyazinin “Xosrov və Şirin” operasının əlyazması, müxtəlif fotoşəkillər, afişalar yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR