Bank Of Baku

Litvada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Litvada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 18 avqust 2010 13:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Litva, Litvada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi təklifini Azərbaycanda səfərdə olan Litvanın mədəniyyət naziri Arunas Qelunas irəli sürüb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Rauf Paşayev məlumat verib. O bildirib ki, Litvanın mədəniyyət naziri tərəfindən irəli sürülən təklif hazırda müzakirə olunur. Qarşılıqlı mədəniyyət günlərinin tarixi də bu danışıqlar əsnasında müəyyən ediləcək.
R. Paşayev onu da bildirib ki, səfər çərçivəsində Litva mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyəti paytaxtda Azərbaycan Dövlət Xalça Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyində və digər mədəniyyət ocaqlarında, eləcə də Qubada olublar. Litvanın nümayəndə heyətinin Azərbaycana səfəri sabah başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR