Bank Of Baku

Azərbaycan kitabxana mütəxəssisləri “İFLA-2010” Beynəlxalq kitabxana konfransında iştirak ediblər - FOTO

Azərbaycan kitabxana mütəxəssisləri “İFLA-2010” Beynəlxalq kitabxana konfransında iştirak ediblər - <font color=red>FOTO</font>
# 19 avqust 2010 08:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsveçin Qottenberq şəhərində “İFLA-2010” Beynəlxalq kitabxana konfransı keçirilib. APA-nın məlumatına görə, kitabxana-informasiya sahəsində ali təşkilat olan Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının (İFLA) konfransında dünyanın 150 ölkəsindən 2500-dən artıq kitabxana mütəxəssisi iştirak edib. Azərbaycanı “İFLA-2010” Beynəlxalq kitabxana konfransında Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezident Kitabxanası və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndələri təmsil ediblər. Azərbaycan nümayəndə heyəti müxtəlif aktual mövzular üzrə seminarlarda və dəyirmi masalarda iştirak edib, konfrans iştirakçılarına təqdim olunan sərgidə kitabxana-informasiya sahəsində tətbiq olunan yeni informasiya texnologiyaları, dünyanın qabaqcıl ölkələrinin təcrübələri ilə tanış olub və Azərbaycan kitabxanaları haqqında bir sıra məlumatları nümayiş etdiriblər.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında elektron resurslar, habelə www.human.az saytını insan hüquqları bölməsində nümayiş etdirib, Prezident Kitabxanasının nümayəndə heyəti isə kitabxananın hazırladığı “Odlar Yurdu Azərbaycan”, “Ümummilli lider Heydər Əliyev”, “Xocalı – XX əsrin faciəsi” elektron nəşrləri nümayiş etdirmək məqsədi ilə sərgiyə təqdim ediblər. “İFLA-2010” Beynəlxalq kitabxana konfransında Azərbaycan kitabxanalarının Beynəlxalq Kitabxanalararası Abonement sisteminə qoşulması, sənədlərin elektron çatdırılması məsələləri üzrə müzakirələr aparılıb və bu sahədə Azərbaycan kitabxanalarının iştirakı proseduraları müəyyən edilib.
Azərbaycan nümayəndə heyəti Konfrans çərçivəsində Qottenberq şəhər kitabxanasında olub və kitabxananın fəaliyyəti ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR