Şəmkir qalasında aparılan arxeoloji qazıntılarla bağlı mətbuat konfransı keçirilib - FOTO
APA-nın Qərb bürosunun xəbərinə görə, konfransın məqsədi Şəmkir şəhərinin yerində aparılan arxeoloji qazıntılar haqda ictimaiyyətə məlumat vermək və elmi nəticələri şərh etməkdən ibarət olub.
Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostuyev jurnalistlərə Şəmkir qalası ətrafında aparılan arxeoloji qazıntılar barədə geniş məlumat verib: “Arxeoloji qazıntılara 2006-cı ilin avqust ayından başlanılıb. Bu arxeoloji qazıntılar Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə aparılır. Hazırda şəhər yerində yarım hektardan artıq ərazidə arxeoloji qazıntılar aparılıb. Orta əsr Şəmkir şəhər yerinin mədəni təbəqəsinin qalınlığı 5-6 metr təşkil edir. Arxeoloji qazıntılar nəticəsində Şəmkir şəhərinin istehkam tikililəri daha yaxşı öyrənilir. Ekspedisiyanın qarşısına qoyduğu əsas məqsədlərdən biri şəhərin plan quruluşunu dəqiqləşdirmək, xarakterini müəyyənləşdirməkdir”.
T.Dostuyevin sözlərinə görə, arxeoloji qazıntılar zamanı əmək alətləri, silahlar, məişət avadanlıqları, bəzək əşyaları, sikkələr və s. tapılıb: “Buradan həmçinin nadir tapıntılar da üzə çıxarılıb ki, bunlardan zərgər zindanı, pəncərə şüşəsi altında Məhəmməd Peyğəmbərin (ə) ailəsinə yazılmış dua olan şirli qabları göstərmək olar”.
Qeyd edək ki, Şəmkir şəhərinin adı tarixi mənbələrdə ilk dəfə ərəb işğalı ilə əlaqədar çəkilir. Yəni ərəblərin Azərbaycanı işğal etdiyi VII əsrin 40-cı illərində Şəmkir şəhər kimi artıq mövcud olub. Tarixi mənbələrdən məlum olur ki, Şəmkir IX-X əsrlərdə yüksəliş, XII əsrdə çiçəklənmə dövrü keçirib. İpək Yolunun üzərində, müsəlman sivilizasiyası ilə Qərb sivilizasiyasının təmas nöqtəsində yerləşdiyindən, bu şəhər Azərbaycan tarixində mühüm rol oynayıb. Şəhərin dağılması isə monqolların işğalı ilə bağlıdır. Monqollar Azərbaycana ikinci yürüşləri zamanı bir neçə şəhərin inadlı müqaviməti ilə üzləşib ki, bunlardan biri də Şəmkir şəhəri olub. Şəmkirin inadlı müqavimət göstərməsi monqol sərkərdələrini qəzəbləndirmiş, şəhər işğal edildikdən sonra əhalisi qılıncdan keçirilərək şəhər dağıdılmışdı.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb