Bank Of Baku

Maestro Niyazinin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar məzarı ziyarət olunub

Maestro Niyazinin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar məzarı ziyarət olunub
# 20 avqust 2010 08:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycanın görkəmli dirijoru və bəstəkarı Maestro Niyazinin anadan olmasının 98-ci ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Niyazinin Ev Muzeyinin əməkdaşları, eləcə də mədəniyyət və incəsənət xadimləri maestronun Fəxri Xiyabanda məzarını ziyarət ediblər. Ziyarətçilər görkəmli dirijorun məzarı önünə gül dəstələri qoyublar.
Ziyarətdən sonra isə Niyazinin ev Muzeyində Dövlət Film fondunun köməyi ilə əldə olunan, bəstəkarı Niyazi olan 5 kinofilmin disklərin ilk dəfə nümayişinə başlanılıb. Silsilə şəkildə “Kəndlilər”, “Fətəli xan”, “Doğma xalqımıza”, “Almaz” və “Maestro” filmi nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR