Bank Of Baku

Niyazinin 98 illiyinə həsr olunmuş tədbir keçirilib – FOTOSESSİIYA

Niyazinin 98 illiyinə həsr olunmuş tədbir keçirilib – <font color=red>FOTOSESSİIYA </font>
# 20 avqust 2010 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin anadan olmasının 98 illiyinə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, Niyazinin ev muzeyində keçirilən tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Niyazinin Ev Muzeyinin direktoru Rza Bayramov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və başqaları maestronun həyat və yaradıcılığından, Azərbaycan mədəniyyətdəki əvəzsiz xidmətlərindən danışıblar.

Çıxışlar və xatirələrdən sonra bədii hissədə Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova, Opera və Balet Teatrının solisti Tural Ağasıyev və başqalarının ifasında “Arzu” romansı, “Yaşa yaşa, Azərbaycan” mahnısı, piano üçün pyeslər canlı səsləndirilib. Daha sonra “Maestro” sənədli filmi nümayiş olunub.

Təntənəli tədbirdən sonra arzulayanlar üçün bəstəkarı Niyazi olan “Mahnı belə yaranır” filmi də göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR