Bank Of Baku

Batumidə Yaponiya mədəniyyəti günləri başlayıb

Batumidə Yaponiya mədəniyyəti günləri başlayıb
# 20 avqust 2010 21:14 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Batumidə Yaponiya mədəniyyəti günləri başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstandakı Yaponiya səfirliyi keçirir. Acarıstanda keçirilən Yaponiya mədəniyyəti günlərində Yaponiyadan xüsusi qonaqlar gəlib: Miçiko Uçino-çay mərasimi üzrə usta, Keyko Sakuramo - “No” teatrının mütəxəssisi və Miki Mori- Yapon kuklalarının bütün dünyada populyarlaşmasına çalışan mütəxəssis.
Avqustun 20-də ilk tədbir “TiBiSi Bank”ın qalereyasında yaponlara aid çay mərasimi olub. Tədbirdə yaşıl çayın hazırlanması, bu zaman tarixi-ənənəvi Yapon adət-ənənəsinin qaydaları ilə çayın təqdim edilməsi və necə içilməsi nümayiş etdirilib. Bu ənənə Yaponiyada 400 ildir ki, davam etdirilir və bu gün Yapon mədəniyyətinin ən parlaq nümunəsi olaraq yaşamaqdadır. Həmin gün “No” adlanan Yapon teatrının da çıxışı olub.
Məlumata görə, mədəniyyət günləri çərçivəsində avqustun 21-də Batumi Kukla teatrında ənənəvi Yapon kuklaları barədə mühazirə oxunacaq. Sonra Acarıstan İncəsənət Muzeyində Yapon kuklalarının sərgisi təşkil ediləcək. Yaponiya səfirliyindən verilən məlumata görə, sərgi sentyabrın 5-ə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR