Müəllif Hüquqları Agentliyinin şöbə müdiri: “Ermənilərin Azərbaycan musiqilərini mənimsəməsinə dair faktlar əsasında yenidən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edəcəyik” - MÜSAHİBƏ
- Bu günlərdə ermənilərin yenidən Azərbaycan musiqilərini mənimsəməsi faktı qeydə alınıb...
- Bu, ermənilər tərəfindən ilk belə addım deyil. Hər dəfə belə bir fakt qeydə alınanda biz təbii ki, araşdırmalar aparırıq. Ermənilərin bu hərəkətləri bağlı Azərbaycanın Müəllif Hüquqları Agentliyi olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına yazılı şəkildə narazılığımızı bildirmişik. Bu, sırf ermənilərin plagiatlığı ilə bağlı atdığımız addımdır. Təəssüf ki, heç nə dəyişməyib, ermənilər təkrarən bu hərəkətləri edirlər. Bununla əlaqədar hökumətlərarası beynəlxalq təşkilat olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üz tutduq. Yalnız bu qurum vasitəsi ilə öz narazılığımızı çatdırırıq və yanaşmamızı ifadə edirik. Musiqilərimizin mənimsənilməsi ilə bağlı hər bir fakt Ümumdünya Əqli Mülkiyyət Təşkilatının arxivində əsasında var. Sözün açığı, bir müddət əvvəl bu vəziyyət bir qədər sakitləşmişdi, ancaq ermənilər
yenidən başlayıblar. Agentliyimiz erməni oğurluqları ilə bağlı ciddi araşdırmalar aparılır. Onu da bildirmək yerinə düşər ki, məhz bu cür faktlar əsasında sədrimiz Kamran İmanovun müəllifliyi ilə “Armyanskie i narodnie skazki” kitabı nəşr olunub. İngilis, rus və rumın dillərində də çap olunan bu kitab agentliyin rəsmi internet saytında da yerləşdirilib. Həmin kitabda hər bir belə fakt öz əksini tapıb. Orada bizim gördüyümüz, həyata keçirdiyimiz tədbirlər və görəcəyimiz işlərdə barədə də məlumatlar var. Təbii ki, bu halla bağlı növbəti sənədləri toplayaraq yenə də Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edəcəyik.
- 2010-cu ilin avqust ayına kimi neçə belə fakt qeydə alınıb?
- Bu, üçüncü belə bir haldır. “Mir” televiziyasında yayımlanan “İt və pişik” cizgi filmində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərində Məşədi İbadın ariyasının özününküləşdirilməsi faktı ilə bağlı da narazılığımızı bildirmişik. Narazılığımızı həmin o filmi yayımlanan “Mir” televiziyasına, həm də təkrar olaraq ÜƏMT-na məlumat göndərmişik. Ümumiyyətlə, müəllif hüququ musiqi əsərləri ilə məhdudlaşmır. Müəllif hüququ çox geniş bir sahədir, çox təəssüf ki, müəllif hüququ deyiləndə çox hallarda musiqi əsərləri başa düşülür, bu kifayət qədər geniş bir sahədir. Bu, elmdir, ədəbiyyatdır, incəsənətin başqa növləridir, arxitektura, memarlıq sahəsidir. Plagiatlıq da bütün hallarda ortaya çıxırsa və bu faktlar agentliyə məlum olursa, təbii ki, hər biri araşdırılır və bununla bağlı müvafiq tədbirlər görülür.
- Sadaladığınız sahələrin hansındasa birində plagiatlıq faktı aşkarlanıbmı?
- Plagiatçılıqla bağlı biz Təhsil Nazirliyinə iki dəfə rəy göndərmişik. Bizə dərsliklərin plagiat olması ilə bağlı müraciət edilmişdi və biz həmin məktubları araşdırdıq və bu dərsliklərin plagiat olduğunu aşkarladıq. Pedaqogikaya aid olan bu dərsliklərin müəllifləri respublikada kifayət qədər tanınmış alimlərdir. Amma buna baxmayaraq faktı araşdırdıq və öz mövqeyimizi biz Təhsil Nazirliyinə bildirdik. Dərsliklərin həqiqətən də plagiat olduğu ortaya çıxdı. Müəlliflərin adlarını deyə bilməyəcəyəm, çünki bununla bağlı xidməti araşdırma gedib. Bu məsələni Təhsil Nazirliyi ilə araşdıra bilərsiniz.
- 2010-cu ilin ilk 6 ayı ərzində plagiatçılıqla bağlı Müəllif Hüquqları Agentliyinə neçə müraciət daxil olub?
- Müəllif hüquqlarının qaynar xəttinə daxil olan müraciətlərin sayı 400-ə çatır. Bizdə qaynar xətt fəaliyyət göstərir və müraciətlər ora daxil olur. Biz də daxil olan müraciətləri araşdırırıq. Əgər problemi öz imkanımız daxilində aradan qaldıra biliriksə, belə də edirik, əgər bu, öz imkanımız daxilində deyilsə, təbii ki, onu müvafiq qurumlara göndəririk.
- Bizimlə söhbət əsnasında bəstəkar Xəyyam Mirzəzadə ilə telefon danışığınızı eşitdik. Xəyyam Mirzəzadənin agentliyə müraciəti nə ilə bağlıdır?
- Bəstəkar Xəyyam Mirzəzadə “Dərviş” və “Düyün” filmlərinə xüsusi musiqi bəstələyib və sonra bu filmlər prodüser tərəfindən xarici televiziya kanallarına satılıb. Filmlərin prodüseri isə Əli İsa Cabbarov adlı bir şəxsdir. Müəllifə qonorar ödənilməyib və bununla əlaqədar olaraq Xəyyam Mirzəzadə bizə müraciət etdi. Biz aydınlaşdırdıq ki, həqiqətən müəllifin müraciəti haqlıdır, çünki müəllifin hüquqları bütün hallarda qorunmalıdır. Əqli mülkiyyət haqqında beynəlxalq konvensiyanın da, Ədəbi və bədii əsərlərin qorunması haqqında Berlin Konvensiyasının, milli qanunvericiliyin də tələbi budur ki, bütün hallarda audio-vizual əsər üçün yaradılmış musiqi əsərinin müəllifinin hüquqları gözlənilməlidir və ona qonorar ödənilməlidir. Prodüser isə filmi satıb və qonorarı özü götürüb, müəllifin qonorarını isə verməyib. Bununla bağlı bizə müraciət edilib və müəllif məhkəməyə də müraciət edib. Məhkəmə iddiası haqlı olduğuna görə Xəyyam Mirzəzadənin iddiasını təmin edib. Hazırda işlə bağlı kasasiya şikayəti verilib. Xəyyam Mirzəzadə haqlı şəkildə prodüserdən öz qonorarını tələb edir.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb