Bank Of Baku

Bakıda yapon kuklalarının sərgisi keçirilib - FOTOSESSİYA

Bakıda yapon kuklalarının sərgisi keçirilib -  <font color=red>FOTOSESSİYA   </font>
# 24 avqust 2010 16:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yapon kuklalarının sərgisi keçirilib və yapon kuklaları üzrə mütəxəssis Mika Morinin mühazirəsi dinlənilib. APA-nın məlumatına görə, xanım Mori bildirib ki, Azərbaycan izləyicilərinə nümayiş olunan və 12 ayın hər birini özündə əks etdirən kuklalar XVIII-XIX əsrlərə aiddir: “Ümid edirik ki, bu kuklaların nümayişi sizlərə həzz verəcək. Mən Azərbaycan kukla sənətinə böyük marağım olduğu üçün buraya gəlmişəm. Hələ yeni gəldiyim üçün ancaq şəhərdəki suvenir mağazalarında olan kuklaları görməyə müvəffəq olmuşam və hələ ki yüksək sənəti nümayiş etdirən kuklaları görməyə imkanım olmayıb. Amma ümid edirəm ki, burada olacağım müddət ərzində onları görəcəyəm”.

M. Mori 10 ilə yaxındır ki, kukla sənəti ilə bağlı araşdırma apardığını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR