Bank Of Baku

Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblı beynəlxalq musiqi festivalında iştirakına görə təşəkkürnamə alıb

Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblı beynəlxalq musiqi festivalında iştirakına görə təşəkkürnamə alıb
# 25 avqust 2010 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının üzvləri Almaniyada keçirilən beynəlxalq musiqi festivalında iştirak ediblər. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevanın APA-ya verdiyi məlumata görə, festivalda 11 yaşlı xanəndə Rəşid Seyidov, 17 yaşlı tarzən Mircəfər Mövsümzadə və 15 yaşlı kamança ifaçısı Niyaməddin Allahverdiyev iştirak ediblər. O bildirib ki, Almaniyanın Osnabruq şəhərində keçirilən festivala cəmi üç ölkə - Azərbaycan, Suriya və İsrail dəvət olunub: “Festivalda iştirak edən üç ölkənin hər biri yarım saat öz musiqisini ifa edirdi. Biz isə orada Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarından ibarət repertuarla çıxış etdik. Elə indicə mən festival təşkilatçılarından yüksək səviyyəli iştiraka görə təşəkkür məktubu almışam. Bu da çox sevindiricidir ki, Azərbaycan hər bir sahədə istənilən beynəlxalq tədbirdə uğur qazanır”.

Q. Mehdiyeva onu da əlavə edib ki, 2011-ci ilin sentyabrında Dövlət Uşaq Filarmoniyasının yaradılmasının 20 illiyi qeyd olunacaq. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR