Bank Of Baku

“Kitabxanalardan gələcəyə” adlı beynəlxalq konfransında Azərbaycan da təmsil olunacaq

“Kitabxanalardan gələcəyə” adlı beynəlxalq konfransında Azərbaycan da təmsil olunacaq
# 27 avqust 2010 09:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 20-dən 25-dək Rusiya Federasiyasının Soçi şəhərində "Kitabxanalardan gələcəyə" adlı X beynəlxalq konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Qusar rayon Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşları təmsil edəcək.

Konfransın təşkilində məqsəd kitabxanalarda sağlam həyatı tərənnüm edən idmana aid ədəbiyyatlarını təbliğinə nail olmaqdır. Dünyanın müxtəlif dövlətlərindən olan kitabxana işçilərinin qatılacağı tədbirdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR