Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminə kitablar hədiyyə edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminə kitablar hədiyyə edib
# 30 avqust 2010 07:31 (UTC +04:00)
Sumqayıt. Ülkər Qasımova - APA. ABŞ-ın Azərbaycandakı səfirliyi Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ingilis dilində müxtəlif kitablar hədiyyə edib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarovun APA-ya verdiyi məlumata görə, kitablar bir neçə gün əvvəl ABŞ səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib.

İdarə rəisi ingilis dilində izahlı lüğətlərdən, ədəbi əsərlərdən, amerikalı müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş roman və hekayələrindən ibarət olan kitabların Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara paylanacağını bildirib.

Görüşdə həmçinin ABŞ səfirliyi ilə Sumqayıtın mədəniyyət müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə səylərin gücləndiriləcəyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR