Bank Of Baku

“Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının keçirilməsi sual altındadır

“Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının keçirilməsi sual altındadır
# 30 avqust 2010 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Hər il keçirilən "Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının bu il keçirilib-keçirilməyəcəyi sual altındadır. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat işləri üzrə katib Əsəd Əsədov deyib. O bildirib ki, bu il beynəlxalq kinofestivalın keçirilməsi üçün dövlət tərəfindən az pul ayrıldığından hələlik festivalın keçilib-keçirilməyəcəyi dəqiqləşməyib: “Dövlət tərəfindən 100 min pul ayrılıb, ancaq bu cür festivalın keçirilməsi üçün bu məbləğ azdır. Bu festival çətinliklərə baxmayaraq hər il keçirilib, sözsüz ki, biz də bu festivalın keçirilməsinin tərəfdarıyıq, ancaq bu artıq bizim əlimizdə deyil. Bu festival XII dəfə bu il keçirilməli idi. Festivalın tarixi var və bu ənənəni də davam etdirmək lazımdır”. Xatırladaq ki, bu beynəlxalq festivalın keçirilməsi hər il sentyabr ayına təsadüf edib.

Kinofestivalın yaradıcısı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı, dramaturq Rüstəm İbrəhimbəyovdur. Bu festivalda hər il müxtəlif ölkələrdən filmlər, eləcə də tanınmış kino xadimləri iştirak edir. "Şərq-Qərb" Bakı Beynəlxalq kinofestivalı ilk dəfə 1996-cı ildə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR