Bank Of Baku

Litvada Azərbaycan, Azərbaycanda isə Litva kinosuna həsr olunmuş tədbirlər keçiriləcək

Litvada Azərbaycan, Azərbaycanda isə Litva kinosuna həsr olunmuş tədbirlər keçiriləcək
# 30 avqust 2010 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının Litva və Belarusa səfərləri başa çatıb. Səfər çərçivəsində Litva Film Fondu ilə Azərbaycan Film Fondu arasında əməkdaşlıq barədə razılaşma əldə edilib. Nümayəndə heyətinə rəhbərlik edən fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, əməkdaşlıq çərçivəsində gələn ilin mart ayında Azərbaycanda Litva kinosu, Litvada isə Azərbaycan kinosu ilə foto-sərgi və digər tədbirlərin keçirilməsi razılaşdırılıb. Hər iki ölkədə Azərbaycan və Litva filmlərinin nümayişinin təşkili də nəzərdə tutulur.

C. Quliyev Belarus Kino Arxivi ilə əməkdaşlıq haqqında protokol imzalandığını və bu əməkdaşlıq çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR