Bank Of Baku

Akademik Opera və Balet Teatrının internet saytı hazırlanır

Akademik Opera və Balet Teatrının internet saytı hazırlanır
# 31 avqust 2010 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrın 19-da 102-ci mövsümünü açacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mövsümün açılışında Üzeyir Hacıbəylinin “Koroğlu” operasını nümayiş etdiriləcək. Tamaşanın nümayişi Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunacaq.

Mətbuat xidmətindən bildirilib ki, Akademik Opera və Balet Teatrının rəsmi internet saytı da hazırlanır. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan internet portalının üzərində tamamlanma işləri aparılır. Saytda teatrda baş verən bütün yeniliklər, eləcə də nümayiş olunacaq tamaşalar haqqında məlumatlar yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR