Bank Of Baku

Üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar Beynəlxalq Musiqi Festivalı keçiriləcək
# 01 sentyabr 2010 14:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü. Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir.

Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin Ev-Muzeyi isə “Üzeyir Hacıbəyli-125” adlı maraqlı tədbir keçirəcək.

Festival çərçivəsində tədbirlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Muğam Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasında təşkil olunacaq.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR