Fərhad Bədəlbəyli: “Hər dəfə Üzeyir bəyin heykəlinin yanından keçərkən deyirəm ki, Üzeyir bəy, məni çox söymə, çalışaram ki, yaxşı işləyim” – MÜSAHİBƏ
- Üzeyir Hacıbəyli bizim musiqimizin peyğəmbəridir. Azərbaycan musiqisində hər şey Üzeyir bəyin adı ilə bağlıdır. Musiqi təhsili, ilk baletlər, ilk simfonik muğamlar - bunların hər biri Üzeyir bəyin ifaçılıq məktəbidir. Üzeyir bəy olmasaydı, yəqin ki, Azərbaycan musiqi mədəniyyəti bu gün belə yüksəkdə ola bilməzdi. O, dahi insan, dahi təşkilatçı, dahi bəstəkar, dahi vətəndaş idi. Üzeyir bəy kimi insanlar min ildə bir dəfə dünyaya gəlir. Biz xoşbəxtik ki, Üzeyir bəyin adı Bakı Musiqi Akademiyasına qaytarıldı. Heç kim unutmamalıdır ki, 18 sentyabr bizim ən müqəddəs bayramlarımızdan biridir.
- Bu gün Üzeyir Hacıbəyli ənənələri onun adına layiq şəkildə qorunurmu?
- Üzeyir bəyin əsas məqsədi o idi ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin, tanınsın. “Arşın mal alan” operettası 60 dilə tərcümə olunub, 6 ölkədə çox uğurla tamaşaya qoyulub. Üzeyir bəy istəyirdi ki, bizim dirijorlar, musiqiçilər, pianoçular, vokalçılar bütün dünyada ölkəmizi təmsil etsinlər. Bu da oldu. Bu gün bizim gənc ifaçılarımız Almaniya, İtaliya, Böyük Britaniya, ümumiyyətlə dünya səviyyəsinə çıxıblar. Üzeyir bəyin arzuları bu gün həyata keçirilir. Biz onu yaddan çıxarmırıq. Üzeyir bəy hər gün bizimlədir.
- Bəzi musiqiçilərimizin “Üzeyir bəy bu gün musiqimizin vəziyyətini görsəydi, ürəyi dözməzdi” kimi fikirləri də diqqət çəkir. Ancaq Sizin söylədiklərinizdən belə nəticəyə gəlmək olar ki, musiqimizdə vəziyyət elə də pis deyil.
- Bilirsiniz, Üzeyir bəy çox tələbkar insan idi. Əlbəttə, bu gün bəzi şeylər onun xoşuna gəlməzdi. Üzeyir bəy şou-biznesin belə yayılması, ucuz musiqinin səslənməsinə imkan verməzdi, ancaq çox şeyə də sevinərdi. Sevinərdi ki, Vyanada “Arşın mal alan” səhnəyə qoyulub, London Simfonik Orkestri onun uvertürasını ifa edir, Azərbaycan musiqisi bütün dünyada səslənir, tələbələri Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin əsərləri dünyada ifa olunur. Doğrudur, çatışmazlıqlar var, amma yaxşı şeylər də çoxdur.
- Uzun illərdir eyni klassik musiqi əsərlərinin səhnələşdirildiyini görürük. Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, “Arşın mal alan” operaları, Qara Qarayevin və Fikrət Əmirovun opera və baletləri nümayiş olunur. Yəni repertuarda yenilik yoxdur. Yəqin bu da hazırda klassik və irihəcmli musiqi əsərlərinin yazılmaması ilə əlaqədardır...
- Ümumiyyətlə, tarixdə belə hallar olur. Məsələn, Almaniyada Bax, Bethoven, Şuman, Brams kimi dahi bəstəkarlar var idi. Ancaq bu gün yoxdur. Bu, Almaniya musiqisi üçün qızıl dövr idi. Almaniya üçün XIX, Azərbaycan üçün XX əsri qızıl dövr hesab etmək olar. Bu gün İtaliyada Cüzeppe Verdi var? Yoxdur. Yəqin klassik musiqinin qızıl vaxtı keçib. Bunu etiraf etmək lazımdır. Sözsüz, bizdə gənc bəstəkarlar arasında opera, simfoniya yazanlar var, ancaq Qara Qarayev, Fikrət Əmirov səviyyəsində ulduzlar görmürəm.
- Nə zamansa yenidən Azərbaycan musiqisi üçün qızıl dövr gələcək?
- İnşallah, mütləq gələcək və biz bunu görəcəyik.
- Uzun illərdir Üzeyir Hacıbəylinin adını daşıyan Musiqi Akademiyasına rəhbərlik edirsiniz...
- Üzeyir bəyin otağında oturmaq, rektor vəzifəsini icra etmək son dərəcə qorxuludur, çox məsuliyyətlidir. Mən həmişə Üzeyir bəyin heykəlinin yanından keçərkən deyirəm ki, “Üzeyir bəy, məni çox söymə, çalışaram ki, yaxşı işləyim” və həmişə mənə elə gəlir Üzeyir bəy cavab verir ki, “yaxşı, hələlik işlə”...
- Özünüzdən sonra bu vəzifədə kimi görürsünüz?
- Murad Adıgözəlzadəni...
- Bakı Musiqi Akademiyasına tələbə qəbulundan razı qaldınızmı? Bu il akademiyaya neçə tələbə daxil olub? Ümumiyyətlə, akademiyada islahatlar nəzərdə tutursunuzmu?
- Bu il Bakı Musiqi Akademiyasına 110 tələbə qəbul olunub. Hazırda Boloniya sisteminə keçməyə hazırlaşırıq, çünki bəzi narazılıqlarımız var. Bəzi şeylər bizi qane etmir, ancaq bunu kökündən həll etməyə çalışırıq. Biz islahatlara hər zaman hazırıq və bunu etməkdən də çəkinmirik. Bu il akademiyamıza daxil olan 110 tələbə arasında bir neçəsi istedadlıdır. Hər zaman belə olub, iki-üç ulduz, amma qalanlar orta səviyyədə. Axı hər kəs ulduz ola bilməz... Bu ilin qışında, ya da Novruz bayramı ərəfəsində nəhayət ki, Opera Studiyasının zalını açacağıq. Çünki gözəl və yüksək səviyyəli aparatura almışıq. Ən müasir səviyyədə işıq və digər texniki avadanlıqlar artıq quraşdırılır. Həmin opera studiyasında operaları rejissor kimi özüm qoyacağam.
- Akademiyaya qəbul zamanı keçirilən qabiliyyət imtahanında tələbələrə hansı prizmalardan yanaşıb qərar verirsiniz? Bu gün Bakı Musiqi Akademiyasında tələbə adını qazanan gənclər arasında istedad deyil, müxtəlif yollarla bu adı qazanmış gənclər varmı?
- Bu sənət elə bir sənətdir ki, burada səhnəyə çıxmaq və ifa etmək lazımdır. Başqa təhsil ocaqlarında kiminsə əvəzinə kimsə diplom işi yaza bilər. Bunu heç kim görmür. Amma burada səhnəyə məhz özün çıxmalısan, başqası sənin yerinə çıxa bilməz. Zalda həmişə tələbələr oturur, onları aldatmaq və düzgün qiymət verməmək böyük bir günahdır. Bizdə əksinə, əgər istedad varsa, hər zaman əlaçı olacaqsan. Bəlkə iki-üç nəfər siz dediyiniz yolla gələ bilər, amma onların taleyi necə olacaq? Yaxşı, tanışlıqla bir imtahanı, iki imtahanı verdin, sonra nə olacaq?! Bunu düşünməlidirlər. Bura gəlməkdənsə, getsinlər yaxşı tarixçi olsunlar, başqa sənətlə məşğul olsunlar. Bu yollardan istifadə etmək çox yanlış bir şeydir, bu sənətdə belə hallar keçmir və uğur qazanmaq da qeyri-mümkündür. Bu sənətdə hər kəs öz istedadını nümayiş etdirməlidir.
- Noyabrda ölkəmizdə parlament seçkiləri keçiriləcək. Namizədliyinizi irəli sürmək ürəyinizdən keçmir ki?
- Yox, mən siyasətlə məşğul olmuram və mənim siyasətim, ən böyük silahım musiqidir. O sahədə professional olub-olmayacağımı bilmirəm. 62 yaşında həyatı dəyişdirmək və siyasətlə məşğul olmaq çətindir. Bu iş məni musiqidən çox uzaqlaşdırar. Onsuz da rektor vəzifəsi məni bir az yaradıcılıqdan uzaqlaşdırır. Mən taleyimdən çox razıyam. Bütün namizədlərə uğurlar diləyirəm. Siyasətlə məşğul olan musiqiçilərə də münasibətim normaldır, bu, bütün dünyada var. Amma hər kəs öz iş ilə məşğul olmalıdır. Mənim düşüncəm belədir.
- Şuşaya yeni səfər nəzərdə tutulurmu?
- Bəlkə də nəzərdə tutulur, amma mən getməyəcəyəm. Artıq Şuşaya o şəhərin sahibi kimi getmək lazımdır. İndiki durumda getmək çox çətindir...
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb