Bank Of Baku

Şotlandiyada azərbaycanlı rəssam Ələkbər Rzaquliyevin qrafik əsərlərindən ibarət sərgi təşkil olunub

Şotlandiyada azərbaycanlı rəssam Ələkbər Rzaquliyevin qrafik əsərlərindən ibarət sərgi təşkil olunub
# 04 sentyabr 2010 12:02 (UTC +04:00)
Sərgi Lang Byre Gallery qalereyasında təşkil olunub. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, sərgi “Rapid Solutions” şirkətinin nümayəndəsi Hovard Lin (Howard Lyn) və “Jigsaw Energy” şirkətinin nümayəndəsi Aleksandr Bernettin (Alexander Burnett) dəstəyi ilə keçirilib. Bakıda anadan olan Rzaquliyev rəssamlıq istedadını kiçik yaşda nümayiş etdirib. 1925-28-ci illərdə o Moskva İncəsənət Kollecini bitirib, ondan sonra Bakıya qayıdıb. 1936-ci ildə Rzaquliyev Stalin repressiyası zamanı ilk həbs olunanlar arasında olub. Bu dövrdə 70 000 azərbaycanlı Sovet hökuməti tərəfindən pantürkist ideyaları yaymaqda günahlandırılaraq öldürülüb və ya sürgünə göndərilib. Ömrünün 23 ilini o sürgündə keçirib. Onun əsərlərində 20-ci əsrin əvvəllərində Bakıdakı həyat və onun sürgün olunduğu yerlər təsvir olunub.

Avqustun 27-də Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Səbinə Rakçeyevanın ansamblının konserti keçirilib. Səbinə Rakçeyeva Nyu-Yorkdakı Culliard Musiqi Məktəbinin (Juilliard School of Music) ilk azərbaycanlı məzunudur. Konsertdə 100-ə yaxın tamaşaçı Səbinə Rakçeyevanın Azərbaycan muğamı və klassik musiqidən ibarət əsərlərini dinləyib. Onu dinləməyə gələnlər arasında İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer, digər lordlar, Aberdində yaşayan azərbaycanlılar və Şimal dənizində karbohidrogen ehtiyatlarının çıxarılması sahəsində çalışanlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR