Bank Of Baku

Qəbələ II Musiqi Festivalının iştirakçıları ilə görüş təşkil olunub

Qəbələ II Musiqi Festivalının iştirakçıları ilə görüş təşkil olunub
# 06 sentyabr 2010 13:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ II Musiqi Festivalının iştirakçıları ilə görüş təşkil olunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli festivalın yüksək səviyyədə təşkilindən, eyni zamanda festival zamanı ortaya çıxan bəzi texniki problemlərdən söz açıb. O bildirib ki, festival çərçivəsində keçirilən konsertlərin birində pianoçu Yeganə Axundovanın ifası zamanı işığın sönməsi, pianoçunun isə bu vəziyyətdən müvəffəqiyyətlə çıxması tamaşaçılara əlavə zövq yaşadıb. Festivalda yeni “Şuşa” kompozisiyasının səsləndiyini xatırladan F. Bədəlbəyli, şuşalı gənc dirijor Fuad İbrahimovun tədbirdə çox peşəkarlıqla iştirak etdiyini deyib.
Sonra festivaldan fraqmentlər nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR