Bank Of Baku

Üzeyir Hacıbəylinin “Koroğlu” operası Astana və Qırğızıstan opera teatrlarının repertuarına daxil edilib

Üzeyir Hacıbəylinin “Koroğlu” operası Astana və Qırğızıstan opera teatrlarının repertuarına daxil edilib
# 07 sentyabr 2010 14:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Bizim əsas məqsədimiz tək bir ölkə ilə yox, bütün Türkdilli ölkələrin iştirakı ilə tədbirlər keçirmək və bu ölkələri bir-birinə yaxınlaşdırmaqdır. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün də silsilə tədbirlər və layihələr həyata keçiririk”. TÜRKSOY beynəlxalq təşkilatının baş direktoru Düseyn Kaseinov APA-ya açıqlamasında bildirib ki, məhz bu məqsədlə Azərbaycan Dövlət Opera və Balet Teatrında qazax operasının səhnələşdirilməsi razılığa gəlinib. Türkiyənin “Kərim” operası isə Qazaxıstan səhnəsində tamaşaya qoyulacaq. Təşkilat rəhbərinin bildirdiyinə görə, bu günlərdə anadan olmasının 125 illiyi qeyd olunacaq Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası Astana və Qırğızıstan opera teatrlarının repertuarına salınıb. Bəstəkarın anadan olmasının 125 illiyi ilə bağlı həmin teatrların səhnəsində “Koroğlu” operası oynanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR