Bank Of Baku

Parisdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək

Parisdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası  keçiriləcək
# 07 sentyabr 2010 15:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 13-14 sentyabr tarixlərində Parisdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, iki günlük iclasda 2011-ci ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlı YUNESKO katibliyi və Fransa Respublikası rəsmiləri ilə müzakirələrin aparılması planlaşdırılır. Forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır. Görüşdə həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri maddi irsin Reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan nümayəndəsinin YUNESKO qeyri- maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi, Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqların aparılması gözlənilir. Məhz bu məqsədlə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti Fransaya səfər edəcək. Azərbaycan nümayəndə heyətinin səfəri 12-17 sentyabr tarixləri üçün müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR