Bank Of Baku

Azərbaycanlı dirijor Nikolay Luganski ilə birgə konsert proqramında çıxış edib

Azərbaycanlı dirijor Nikolay Luganski ilə birgə konsert proqramında çıxış edib
# 07 sentyabr 2010 15:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiya Federasiyasının Mineralnıye Vodı Dövlət Filarmoniyasının 116-cı konsert təqviminin açılışı əlamətdar hadisə ilə yadda qalıb. Filarmoniya tarixində ilk dəfə olaraq yeni konsert mövsümünün açılışı azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevə həvalə olunub. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsert proqramı Avstriya-Almaniya musiqi mədəniyyətinin parlaq nümunələri üzərində qurulub. Həmin gecə Rusiyanın Akademik Simfonik Orkestri Əyyub Quliyevin dirijorluğu altında Motsartın 36-cı “Lints” simfoniyasını və Bramsın 2-ci simfoniyasını səsləndirib.

Sentyabrın 6-da isə Kislovodskda ilk dəfə olaraq dünya şöhrətli pianoçu, Rusiyanın əməkdar artisti, Çaykovski adına X beynəlxalq müsabiqənin qran-pri mükafatçısı Nikolay Luganskinin konserti olub. “Daily Telegraph” qəzetinin sorğusunda dövrünün ən yaxşı pianoçularından biri seçilən N. Luganski Ə. Quliyevin rəhbərliyi ilə Şuman və Şopenin fortepiano konsertlərini ifa edib. Dinləyicilərin böyük marağını və istəyini nəzərə alaraq musiqiçilər konsert proqramının bir qismini yenidən səsləndirməyə məcbur olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR