Bank Of Baku

Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Təyyar Bayramov Tehranda konsert proqramı ilə çıxış edəcəklər

Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Təyyar Bayramov Tehranda konsert proqramı ilə çıxış edəcəklər
# 08 sentyabr 2010 14:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 25-dən 30-dək İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov məlumat verib. O, Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Tehrana gedəcəklərini deyib. Nümayəndə heyətində xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Təyyar Bayramov, tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədov da təmsil olunacaq. M. İbrahimov İranda iki konsert verəcəklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR