Bank Of Baku

Azərbaycan Avropa Şurasının mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətini əlaqələndirən Şimal-Cənub Mərkəzinə üzv qəbul olunub

Azərbaycan Avropa Şurasının mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətini əlaqələndirən Şimal-Cənub Mərkəzinə üzv qəbul olunub
# 09 sentyabr 2010 08:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Azərbaycan Avropa Şurasının Şimal-Cənub Mərkəzinə üzv qəbul edilib. Azərbaycanın Mərkəzə üzvlüyü ilə bağlı mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mərkəz, həmçinin 2011-ci ilin aprel ayında Bakıda təşkil edilməsi nəzərdə tutulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlıq prosesində iştirak edir. Avropa Şurasının mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətini əlaqələndirən Şimal-Cənub Mərkəzinə üzv olmaq təşkilatın rəhbərliyi tərəfindən ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə həyata keçirdiyi təşəbbüslərinə görə Azərbaycan tərəfinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR