Bank Of Baku

Avropa Şurasının eksperti Robert Pikard Bakıda səfərdə olub

Avropa Şurasının eksperti Robert Pikard Bakıda səfərdə olub
# 09 sentyabr 2010 08:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avropa Şurasının eksperti Robert Pikard Bakıda səfərdə olub. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ekspertin Bakıya səfəri Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsi ilə bağlı olub. Səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində Robert Pikard ilə ölkə üzrə Mədəni irsin vəziyyətinin qiymətləndirmə hesabatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələr Avropa Şurası tərəfindən təqdim edilən təlimat suallarına uyğun aparılıb. Müzakirələr zamanı ekspert tərəfindən ünvanlanan suallar şifahi olaraq cavablandırılıb və hesabatın 20 sentyabradək Azərbaycan tərəfindən hazırlanaraq Avropa Şurasına göndərilməsi razılığına gəlinib. Hesabat təqdim edildikdən sonra hər bir ölkə 10 tarixi şəhərin namizədliyini Avropa Şurasına təqdim etməli və bunun üçün müvafiq sənədləri hazırlamalıdır. “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin, onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurma, təkrar işlənməsi vasitəsilə canlandırılması və davamlı sosial və iqtisadi inkişafı üçün “Strateji İnkişaf Planı”nın həyata keçirilməsində yardım etməkdir.
Bununla bağlı 24-25 sentyabradək Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Konfransında da müzakirələrin aparılması nəzərdə tutulur.
Xatırladaq ki, “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin əsası 2009-cu ilin 6-7 noyabr tarixində Sloveniyanın Lyublyana şəhərində “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda keçirilmiş Nazirlər Konfransında qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR