Bank Of Baku

Filarmoniyada “İnsanlara ərməğan” adlı konsert keçirilib – FOTOSESSİYA

Filarmoniyada “İnsanlara ərməğan” adlı konsert keçirilib – <font color=red>FOTOSESSİYA</font>
# 11 sentyabr 2010 11:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Filarmoniyasında Müqəddəs Ramazan bayramı münasibətilə “İnsanlara ərməğan” adlı konsert keçirilib. APA-nın məlumatına görə, konsertin təşkilatçısı Samir Salam deyib ki, Ramazan münasibətilə tədbir təşkil etmək və insanları sevindirmək böyük savabdır.

Konsert boyu bütün ifaları müşayiət edən “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbarov isə Azərbaycanda ilk dəfədir bu cür proqramın təşkil olunduğunu diqqətə çatdırıb. O bildirib ki, belə gözəl bayram günündə bu cür konsertin keçirilməsinə ehtiyac var.

Konsertdə əvvəlcə balaca istedadlar çıxış edib və dini mövzularda müxtəlif şeirlər deyiblər. Proqram dini musiqilər və Azərbaycan xalq mahnılarının ifası ilə davam etdirilib. Hər mahnı xüsusi hazırlanmış kompozisiya ilə təqdim olunub.

Konsert proqramı rejissor Samir Qulamovun quruluşunda hazırlanıb. Konsert üçün bilet satışı həyata keçirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR