Bank Of Baku

“Dünya Ədəbiyyatı Kitabxanası”nın abunəçilərinin sayı 900 nəfəri keçib – FOTOSESSİYA

“Dünya Ədəbiyyatı Kitabxanası”nın abunəçilərinin sayı 900 nəfəri keçib – <font color=red>FOTOSESSİYA </font>
# 11 sentyabr 2010 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Kitab Klubunda “Dünya Ədəbiyyatı Kitabxanası”nın abunəçilərinin sayının 900 nəfəri keçməsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Kitab Klubunun rəhbəri Elxan Rzayev abunəçilərin sayının 900-ə çatmasına sevindiyini bildirib: “Azərbaycan vətəndaşının dünyagörüşünün formalaşmasında, qloballaşan dünyada başqaları ilə təmas qurmasında, xaricdə yaşayan həmvətənlərimizin öz dillərini qoruyub saxlamasında bu layihənin xüsusi rolu olacaq. “Dünya Ədəbiyyatı Kitabxanası” layihəsi çərçivəsində 150 kitab nəşr ediləcək. Bu kitablar “Klassik dünya ədəbiyyatı”, “Müasir dünya ədəbiyyatı”, “Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” və “Dünya ədəbiyyatı” üzrə antologiyalar olaraq dörd qrupa bölünüb. Bizim bu layihədə işimiz abunə işini təşkil etməkdən ibarət olub. Artıq abunəçilərimizin sayı 900-ü keçib. Ümumiyyətlə bizim 1000 abunəçi yazmağa icazəmiz var. Ola bilsin ki, tələbatın çox olduğunu görüb, abunəçi sayını artırmaq üçün müraciət edək”.

E. Rzayev deyib ki, orta hesabla layihəyə hər ay 56 nəfər abunə yazılır: “Bu kampaniya ilə əlaqədar bütün kitabsevərlərə bir daha bildirmək istəyirəm ki, bizim qalan abunə dəstlərimizin sayı artıq 100-dən aşağıdır və ona görə də abunə yazılmaz arzusunda olanların tələsməsi məsləhətdir”.

“Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından çap olunan kitabların tərtibatçısı Tərlan Qorçu bildirib ki, kitablara dizayn verməzdən öncə hər kitabın məzmunu ilə tam tanış olur. O, kitablara tərtibat verərkən çətinlik hiss etmədiyini və bu işdən çox böyük zövq aldığını söyləyib.

Tədbirdə bu seriyaya abunə olan və ən çox kitab alan abunəçilər də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR