Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi sinopsis müsabiqəsi başa çatıb

Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi sinopsis müsabiqəsi başa çatıb
# 13 sentyabr 2010 08:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi cari ilin yanvar ayında 2011-ci ildən istehsalata buraxılacaq filmlər üçün sinopsis müsabiqəsini elan etdikdən sonra nazirliyin Kino üzrə Ekspert Şurasına 78 bədii filmin sinopsisi təqdim edilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov məlumat verib. Onun sözlərinə görə, I tur seçimindən sonra 11 sinopsis - Asif Rüstəmovun “Yüksək gərginlik altında”, İlham Rəhimovun “Şərq xalçası”, Aqil Abbasın “Dolu”, Vidadi Həsənlinin “Çölçü”, Adil Ələkbərovun “Mənim zolaqlı dostum”, Leyla Əfəndiyevanın “Caz şəhəri”, Mənsur Yusifovun “Köhnə ev”, Əliağa Məmmədovun "Alagöz”, Yavər Rzayevin "Kəndirbazın şəhəri", X. Abdullayev, E. Alıyev, N. Bədəlovun “Teatr meydanı”, Rüstəm İbrahimbəyovun “Proses” sinopsisləri növbəti mərhələyə keçib. Ekspert Şurası müsabiqənin şərtlərinə uyğun olaraq II turda 11 sinopsisə ədəbi ssenarilərin yazılmasını qərara alıb. Yusif Şeyxov deyib ki, artıq II turda qəbul olunan 11 sinopsisdən 9-nun bədii ssenarisi yazılıb və göstərilən tarixədək Ekspert Şurasına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR