Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının internet saytı açılıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının internet saytı açılıb
# 13 sentyabr 2010 10:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəsmi saytı - www.tob.az fəaliyyətə başlayıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, saytın yaradılması işinə ən yaxşı dizayner və mütəxəssislər cəlb olunub.

Saytda Opera və Balet Teatrının və onun binasının yaranma tarixi, milli opera və balet sənətimizin korifeyləri, görkəmli mədəniyyət xadimləri haqqında məlumatlar əksini tapıb. Teatrın inzibati və yaradıcı kollektivlərinin – vokal, balet truppaları, simfonik orkestr və xor kollektivlərinin əməkdaşları haqqında məlumatlar, teatrın repertuarında olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ayda göstəriləcək tamaşalar haqqında bilgilər də var.

Məlumatda bildirilir ki, sayt hər zaman öz işini təkmilləşdirəcək və müasir tələblərə uyğun yenilənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR