Bank Of Baku

Azərbaycan kitab və nəşrləri 155 nəşr məhsulu arasında mükafatlara layiq görülüb

Azərbaycan kitab və nəşrləri 155 nəşr məhsulu arasında mükafatlara layiq görülüb
# 14 sentyabr 2010 13:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın paytaxtında XXIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycan kitabları da nümayiş etdirilib və maraqla qarşılanıb. Bu kitablar, həmçinin Rusiya Federasiyası və eləcə də Moskva şəhərində yaşayan çoxsaylı azərbaycanlıların da diqqətinə səbəb olub. Məlumat da o da bildirib ki, bu ilin iyununda Moskva şəhərində keçirilən MDB ölkələrinin VII Beynəlxalq “Kitab Sənəti” Müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Ermənistan, eləcə də Estoniyanın aparıcı nəşriyyat, poliqrafiya və kitab yayımı müəssisələri iştirak ediblər. Münsiflər heyəti müsabiqəyə təqdim olunan 155 nəşr məhsulunu 9 nominasiya üzrə qiymətləndiriblər. Üç Azərbaycan kitabı müsabiqənin müxtəlif – Çingiz Əlioğlunun “Təhsil” nəşriyyatı tərəfindən nəşr edilən “Çərçivə” kitabı müsabiqənin “Qran Pri” baş mükafatına, Miniatür Kitab Muzeyi tərəfindən nəşr edilən kitablar “Həmrəylik” nominasiyası üzrə ikinci yerə, “Mədəniyyət” kataloqu isə “Bizim müasirimiz” nominasiyası üzrə üçüncü yerə layiq görülüblər. Beynəlxalq müsabiqələr tarixində Azərbaycan kitabı ilk dəfə olaraq bir müsabiqənin “Qran-Pri” mükafatını qazanıb. XXIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində isə “Kitab Sənəti” Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib və qaliblərə pul mükafatları, müvafiq diplomlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR