Bank Of Baku

Türkiyədə “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” mövzusunda mütəxəssis toplantısı keçiriləcək

Türkiyədə “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” mövzusunda mütəxəssis toplantısı keçiriləcək
# 14 sentyabr 2010 14:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 15-19-da Türkiyənin Antalya şəhərində “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” mövzusunda mütəxəssislərin toplantısı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Toplantı TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən təşkil olunur. UNESCO, TÜRKSOY və müxtəlif ölkələrdən mədəniyyət xadimləri və tədqiqatçıları qatılacağı iclasda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR