Bank Of Baku

Füzuli rayonunun Horadiz şəhərində Muğam Mərkəzi istifadəyə veriləcək

Füzuli rayonunun Horadiz şəhərində Muğam Mərkəzi istifadəyə veriləcək
# 15 sentyabr 2010 15:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yaxın vaxtlarda Füzuli rayonunun Horadiz şəhərində Muğam Mərkəzi istifadəyə veriləcək. Bu barədə APA-ya Füzuli rayon İcra Hakimiyyətinin ərazi orqanları ilə iş şöbəsinin müdiri Məcnun Namazəliyev məlumat verib.

Mərkəzin 3 mərtəbəli binası açıq və qapalı konsert zallarından ibarətdir. Burada həmçinin muğamı tədris edən musiqi məktəbi də fəaliyyət göstərəcək.

M. Namazəliyev onu da bildirib ki, Muğam Mərkəzinin tikintisinə bu ilin aprel ayında başlanıb. Mərkəzin oktyabr ayında istifadəyə verilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR