Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksinin açılış mərasimi keçirilib - FOTOSESSİYA

Sumqayıtda Üzeyir Hacıbəylinin abidə kompleksinin açılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2010 16:00 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərdə gedən abadlıq işlərindən və mədəni həyatındakı yeniliklərdən danışıb. O, Sumqayıtda Üzeyir Hacıbəyli abidəsinin açılışını önəmli hadisə kimi qiymətləndirib və bunu şəhərin mədəni həyatı üçün yüksək qiymətləndirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan mədəni tarixində danılmaz xidmətlərindən, görkəmli bəstəkarın anadan olmasının 125 illik yubiley tədbirlərindən danışıb. Nazir qeyd edib ki, Üzeyir Hacıbəyli bəstələri hər zaman hər bir azərbaycanlının qəlbində yaşayacaq və bütün dünyada səslənəcək. Ə. Qarayev bəstəkarın 125 illik yubileyinin tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkəsində də qeyd olunacağını diqqətə çatdırıb. Tədbir Üzeyir Hacıbəylinin operalarından parçalarının ifası ilə davam etdirilib.

Abidə kompleksinin inşa edildiyi xiyabanın eni 23 metr, ərazinin uzunluğu 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv. metr hissəsinə tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu abidənin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 metrdir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR