Bank Of Baku

Ukraynanın xalq artisti, balet ustası Tatyana Borovik Azərbaycan Opera və Balet Teatrında çalışacaq

Ukraynanın xalq artisti, balet ustası Tatyana Borovik Azərbaycan Opera və Balet Teatrında çalışacaq
# 17 sentyabr 2010 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Məşhur balet ustası, Ukraynanın xalq artisti Tatyana Borovik Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə müqavilə imzalayıb. APA-nın xəbərinə görə, 1 illik müqavilə əsasında o, teatrın balet truppası ilə ustad dərsləri və məşğələlər aparacaq, aparıcı solistlərin klassik balet tamaşalarında ustalığını təkmilləşdirmək üçün onlarla fərdi şəkildə məşğul olacaq.

T. Borovik klassik balet sənətinin tanınmış və qəbul edilmiş ustadlarından biridir. Balet artisti kimi parlaq karyerasını başa vuran T. Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır və Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR