Bank Of Baku

Azərbaycan filmi Avstriyanın Vels şəhərində keçiriləcək XII Beynəlxalq festivala dəvət olunub

Azərbaycan filmi Avstriyanın Vels şəhərində keçiriləcək XII Beynəlxalq festivala dəvət olunub
# 17 sentyabr 2010 10:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan filmi Avstriyanın Vels şəhərində keçiriləcək XII Beynəlxalq festivala dəvət olunub. Festivalda ölkəmizi Murad Muradovun rejissorluğu ilə çəkilən “Kənar” filmi təmsil etmək hüququ qazanıb. Murad Muradovun APA-ya verdiyi məlumata görə, festivalın noyabrın 16-dan 20-nə keçirilməsi nəzərdə tutulur. Rejissor qeyd edib ki, Azərbaycan-Gürcüstan “İnternews” şirkətinin birgə məhsulu olan film təhsildən imtina etmiş qızdan bəhs edir. Bu film ötən il “Azərbaycan ailəsi” film festivalında II yer tutub, 2008-ci ildə Gürcüstanda keçirilən Cənubi Qafqaz gəncləri arasında sənədli film festivalında “ən yaxşı emosional film”, “ən yaxşı film” və “ən yaxşı rejissor işi” nominasiyalarında mükafat alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR