Bank Of Baku

Nizami Cəfərov: “Mədəniyyət haqqında” qanunun təkmilləşdirilməsinə zərurət yaranıb

Nizami Cəfərov: “Mədəniyyət haqqında” qanunun təkmilləşdirilməsinə zərurət yaranıb
# 17 sentyabr 2010 13:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda «Mədəniyyət haqqında» qanun üzərində təkmilləşdirilmə işləri aparılır. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir: «Qanun 10 ildən artıqdır qəbul olunub. Artıq qanunun müasirləşdirilməsinə, əlavə və dəyişikliklərin edilməsinə zərurət yaranıb. Məsələn, bu qanunda son dövrlərdə meydana çıxan prodüser anlayışı əks olunmayıb. Son illər ölkədə mədəniyyət sahəsində böyük işlər görülür və mövcud qanunun təkmilləşdirilməsi də bu zərurətdən irəli gəlir».

N. Cəfərov «Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında» qanun layihəsi üzərində işlərin aparıldığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR