Bank Of Baku

Asiya İnkişaf Bankının vitse-prezidenti İçəri Şəhərdə olub

Asiya İnkişaf Bankının vitse-prezidenti İçəri Şəhərdə olub
# 17 sentyabr 2010 16:45 (UTC +04:00)
Bakı - APA. Asiya İnkişaf Bankının vitse-prezidenti Hyayou Jao rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə İçəri Şəhərdə gəzintidə olub.

“İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən xəbərə görə, qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaranması tarixi və yerli idarəetmə sistemi haqqında məlumat verilib.

İçəri Şəhərlə tanışlıq orta əsr memarlığının şah əsərlərindən olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə başlayıb. Cənab Hyayou Jao 2002-ci ildə açılmış Miniatür Kitab Muzeyinin ekspozisiyası ilə də tanış olub. Muzeyin təsisçisi Zərifə Salahovanın 27 il ərzində topladığı 6000-dən çox miniatür kitab qonağın xüsusi marağına səbəb olub.

Qonaq Buxara və Multanı karvansaralarına da baş çəkib və burada “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı zamanı hazırlanmış maketlərə tamaşa edib. O, təkrarolunmaz memarlıq incisi və 2000-ci ildən UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Qız Qalasına qalxaraq buradan paytaxta açılan mənzərəni seyr edib.

Sonda qonağa xatirə hədiyyələri təqdim edilib və o, İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR