Bank Of Baku

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin məzarları ziyarət olunub - FOTOSESSİYA

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin məzarları ziyarət olunub - <font color=red>FOTOSESSİYA</font>
# 18 sentyabr 2010 07:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. APA-nın məlumatına görə, bu münasibətlə dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarları ziyarət olunub. Daha sonra Fəxri Xiyabanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, incəsənət xadimləri və ictimaiyyət təmsilçilərinin iştirakı ilə anım mərasimi keçirilib. Mərasimdə Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından “Şəbi-hicran” simfonik etüdü səsləndirilib, daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dahi bəstəkarın Azərbaycan musiqi sənətinin inkişafından oynadığı roldan danışıb. Üzeyir irsinin qorunub saxlandığını və təbliğ edildiyini deyən nazir Azərbaycan musiqi sənətini Üzeyir yaradıcılığı olmadan təsəvvür etməyin mümkünsüz olduğunu vurğulayıb. Mərasimdə Bakı Musiqi Akademiyasının müəllim tələbə heyəti, incəsənət xadimləri də iştirak ediblər. Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi ilə əlaqədar tədbirlər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR