Bank Of Baku

Bu gün görkəmli bəstəkar Müslüm Maqomayevin ad günüdür

Bu gün görkəmli bəstəkar Müslüm Maqomayevin ad günüdür
# 18 sentyabr 2010 08:19 (UTC +04:00)
Bakı-APA. Bu gün görkəmli bəstəkar, dirijor, pedaqoq, incəsənət xadimi Müslüm Maqomayevin doğum günüdür. APA-nın məlumatına görə, əslən Qax rayonunun İlisu kəndindən olan Müslüm Maqomayev 1885-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olan 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlayıb. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifi olan Müslüm Maqomayevin redaktəsi ilə 1927-ci ildə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi nəşr olunub. 1929-cu ilin oktyabrında Bakı radiosunun musiqi rəhbəri təyin olunan Müslüm Maqomayev 3 il sonra Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail olub. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərib. 1933-cü il martın 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda «Çahargah gecəsi» adlı muğam konserti təşkil olunub. Müslüm Maqomayev 1937-ci il iyulun 28-də vəfat edib. Üzeyir Hacıbəyovla eyni gündə və eyni ildə anadan olan Müslüm Maqomayev həm də eyni adlı dahi musiqiçi Müslüm Maqomayevin babasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR