Bank Of Baku

Əbülfəs Qarayev: «Azərbaycan xalqının istedadı, yaradıcılığı tükənməzdir» – FOTO

Əbülfəs Qarayev: «Azərbaycan xalqının istedadı, yaradıcılığı tükənməzdir» – <font color=red>FOTO </font>
# 18 sentyabr 2010 12:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. «Bu gün Azərbaycan musiqisinin səviyyəsi tək Azərbaycan üçün deyil, bütün Şərq və müsəlman dünyası üçün bir şərəfdir. Musiqimizin bugünkü vəziyyəti bəşəriyyət tərəfindən diqqətdə saxlanılır. Azərbaycan xalqının istedadı, yaradıcılığı tükənməzdir. Bu bünövrənin üzərində yeni, çağdaş Azərbaycan musiqi mədəniyyətinin binası tikilməkdədir və inşaatçılar kifayət qədər güclüdür». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, artıq neçə ildir ki, 18 sentyabrın Azərbaycanda Musiqi Günü kimi qeyd edildiyini və bunun böyük bayram olduğunu vurğulayıb: «Bu gün Üzeyir Hacıbəylinin adına Beynəlxalq Musiqi Festivalının açılışı keçiriləcək. Festival Üzeyir musiqisinin təntənəsinə, fəth etdiyi böyük zirvələrə və bütün dünyaya tanıdılmasına həsr olunacaq. Əminik ki, bu festival Azərbaycanın musiqi həyatında çox böyük yer tutacaq. Bu il iştirakçıların coğrafiyası ondan xəbər verir ki, artıq Üzeyir festivalına müxtəlif ölkələrin tanınmış musiqiçiləri böyük maraq göstərir. Kanadadan tutmuş Sinqapuradək müxtəlif ölkələrdən gələn musiqiçilərin proqramına tamaşa edəcəyik. Fəxr edirik ki, bu gün bizim canlı klassiklərimiz yaşayır».

Ə.Qarayev onu da əlavə edib ki, Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə Türkiyədə, Avstriyada və Yunanıstanda tədbirlərin keçirilməsi planlaşdırılır. Sentyabrın 22-də bəstəkarın Vyanadakı heykəlinin önündə, bir neçə gün sonra isə Afinada yubiley konserti təşkil olunacaq. Bu tədbirlərdə həmin ölkələrin kollektivləri də konsertn proqramına qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR