Bank Of Baku

Türkiyənin “Orfeon” kamera xoru Bakıda konsert verib

Türkiyənin “Orfeon” kamera xoru Bakıda konsert verib
# 20 sentyabr 2010 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert sentyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. APA-nın məlumatına görə, konsertdə Türkiyənin “Orfeon” kamera xoru çıxış edib. Xor Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Ərdal Tuşcular, Muammer Sun, Orlando Lasso, Astor Piazzola, İrvinq Berlin, Antonin Dvorak və digər dünya şöhrətli bəstəkarların əsərlərini, xor üçün işlənmiş dünya folklor nümunələrini səsləndirib. “Orfeon” kamera xorunun çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Orfeon” kamera xoru müxtəlif peşələrdə çalışan insanlar tərəfindən yaradılıb. Kollektivin bədii rəhbəri Elnarə Kərimovadır. O, kollektivə 1999-cu ilin mayından rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR