Bank Of Baku

Respublika Uşaq Kitabxanası yeni ünvanda fəaliyyətə başlayacaq

Respublika Uşaq Kitabxanası yeni ünvanda fəaliyyətə başlayacaq
# 20 sentyabr 2010 09:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası yeni ünvanda fəaliyyətə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabxananın yeni inzibati binası Maliyyə Nazirliyi ilə üz-üzədir. Sentyabrın 21-də binanın açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə verəcək.

Kitabxana “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq yeni binaya köçürülüb, müasir səviyyədə təmir edilib, inventar və avadanlıqlarla təmin olunub. Kitabxanada nağıl otaqları, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar bölməsi, multimedia, internet-resurs mərkəzləri yaradılıb.

Xatırladaq ki, F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR