Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Musiqili Komediya Teatrında yeni teatr mövsümünün açılışı keçirilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Musiqili Komediya Teatrında yeni teatr mövsümünün açılışı keçirilib
# 20 sentyabr 2010 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrında 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 102-ci mövsümünü açıb. APA-nın məlumatına görə, mövsüm açılışında dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq ölməz bəstəkarın “Koroğlu” operası nümayiş etdirilib. Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı Tahir Salahov, baletmeysteri SSRİ xalq artisti Qəmər Almaszadə, konsertmeysteri əməkdar artist Məlahət İsmayılovadır. Tamaşanın baş rollarında əməkdar artistlər Həsən Enami, İlahə Əfəndiyeva, xalq artisti Şahlar Quliyev çıxış edib.

Ötən gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da 101-ci mövsümünü açıb. Mövsüm açılışı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının nümayişi ilə baş tutub. Tamaşanın dirijoru əməkdar artist Ziya Bağırov, quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, geyim üzrə rəssamı Gülnarə Xəlilova, xormeysteri Vaqif Məstanov, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayevadır. Tamaşanın baş rollarında əməkdar artist Anar Şuşalı və Nərgiz Kərimova çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR